Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam konfrans təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə «Xocalıya ədalət» kampaniyası geniş miqyaslı tədbirlər həyata keçirir.
Leyla Əliyeva: «Doğma torpaq uğrunda həlak olmuş hər bir Azərbaycanlı unudulmayacaqdır».
«Xocalı soyqırımı»nın dünya miqyasında öz yerini tapmaması Qafqaz bölgəsində sülhün bərqərar olmasına maneçilik törədən amillərdən ən başlıcasıdır. «Xocalıya ədalət» kampaniyasının gündən-günə genişlənməsi göstərir ki, Xocalıda törədilən soyqırım nə vaxt isə dünya miqyasında öz yerini tapacaq və layiqli qiymətini alacaqdır.